İşə qəbul üzrə mütəxəssis (Recruiter)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Kontakt Home İşə qəbul üzrə mütəxəssis (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir. Stres altında işləmək bacarığı olmalıdır.

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə öhdəlikləri:

  • Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
  • Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı;
  • Gündəlik müsahibə cədvəlinin aparılması;
  • Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
  • Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
  • Müsahibə nəticələrinin database-nin aparılması;
  • İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
  • İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
  • Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resursları sahəsində iş təcrübəsi – 1 ildən artıq;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
  • Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
  • İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

Şəxsi keyfiyyətlər:Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İşə qəbul üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
  • Stres altında işləmək bacarığı;
    Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Əmək haqqı: 800 – 1000 AZN (net)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İşə qəbul üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1000₼
Baş İnsan Resursları Mütəxəssisi

Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

25.07.2025 - Bakı

İnsan Resursları üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

24.07.2025 - Bakı

Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis

OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

OBA marketlər şəbəkəsi

24.07.2025 - Bakı

İnsan Resursları üzrə mütəxəssis

Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Sea Breeze Construction

16.07.2025 - Ağdam, Füzuli