İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700-1000 AZN. GM Construction İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəliyi:

  • İşə qəbul ilə bağlı bütün məsələlərin həlli;
  • Təlim və inkişafla bağlı prosedurların hazırlanması və təşkili;
  • KPİ, motivasiya, xidməti fəaliyyətin qiymətləndirilıməsi ilə bağlı texniki işlər;
  • İşçilərin daxili davranış, nizam – intizam qaydalarına aid işlərin təşkili;
  • İşçilər arasında imtahan və sorğuların keçirilməsi;
  • Müəyyən hesabatların tərtib edilməsi;
  • Əsasnamə, vəzifə təlimatı və sair prosedurların hazırlanmasında iştirak edir.

Namizədə tələblər:

  • Yaş həddi: 25 – 40;
  • Ali təhsil;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İdarəçilik bacarığı;
  • Əmək, İXM Məcəlləsini bilməli;
  • Müvafiq sahədə azı 3 ildən çox iş təcrübəsi;
  • Microsoft Office, Excel, 1C proqramında sərbəst işləmə bacarığı;
  • Tikinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti :

  • AR ƏM əsasən rəsmiləşmə;
  • Əmək haqqı sınaq müddətində 600-700 AZN, sınaq müddətindən sonra 700-1000 AZN planlaşdırılır. Fərqli əmək haqqına iddalı olanlardan məktubda qeyd etmələri xahiş olunur.
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş rejimi: 6 günlük, saat 09:00-18:00 – dək, şənbə saat 09:00-15:00.
  • İş yeri: Bakı şəh., Heydər Əliyev pr 189.

Müraciət qaydası:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını ancaq azərbaycan dilində hr@gmco.az elektron poçtuna göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı