Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

  • Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis
    Şirkət : Azerconnect
    Funksiya : İnsan Resursları
    İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
    Son müraciət tarixi : 01 May 2021
    Müqavilə müddəti : Daimi
  • Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
  • Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
  • İnsan Resursları komandamızın bir üzvü olacaq və işə qəbul prosesimizin həyata keçirilməsində bizə dəstək verəcək Talantların Cəlb olunması və İşə Qəbulu üzrə Mütəxəssis axtarışındayıq.
  • Bu vəzifənin öhdəliklərinə namizədlərin müxtəlif kanallar vasitəsi ilə cəlb olunması, müsahibə və seçim prosedurlarının həyata keçirilməsi və şirkətimizin brend fəaliyyətlərini təmsil etmək daxildir.

Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

  • İşə qəbul üzrə təyin olunmuş hədəflərə çatmaq üçün funksional rəhbərlər ilə yaxından çalışmaq və əvvəlindən sonunadək işə qəbul prosesini idarə etmək.
  • Biznes funksiyalarında işə qəbul ehtiyaclarını qabaqcadan proqnoz etmək və planlamaq
  • Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək.
  • İşə qəbul prosesi zamanı müxtəlif biznes funksiyalarından olan daxili müştərilər və rəhbər heyəti ilə peşəkar münasibətlər qurmaq və bu münasibətləri qorumaq.
  • Zəruri hallarda işə qəbul ehtiyaclarının qarşılanması üçün agentliklər ilə əməkdaşlıq etmək.
  • Şirkət brendinin təbliğ və təmsil etmək
  • Karyera günləri və işə qəbul ilə əlaqədar digər tədbirlərdə şirkəti təmsil etmək və bu tipli tədbirləri təşkil etmək.
  • İşə qəbul və namizədlərin seçilməsi prosesinin təşkilati ehtiyaclar, işə qəbul planı, personal büdcəsi, şirkət siyasət və prosedurlarına uyğunluğunu təmin etmək.

Vəzifənin tələbləri:

  • Ali təhsil;
  • Əvvəlindən sonunadək işə qəbul prosesinin idarə edilməsində 2 il iş təcrübəsi;
  • İşə qəbul ilə əlaqədar İnsan Resurslarının müvafiq təcrübələrini bimək;
  • Səriştə yönümlü müsahibələrin aparılmasında və müxtəlif dəyərləndirmə metodlarının tədbiq edilməsində təcrübəli olmaq;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlü;
  • Konseptual düşünmə bacarığı.
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı