İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC GROUP İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşə qəbul üzrə mütəxəssis

📍 Bakı, Azərbaycan
⏰ Tam ştat. 5 iş günü. 9:00-18:00
📌 Son müraciət tarixi: 12 dekabr 2025

BERC IKM olaraq, dinamik və peşəkar HR komandamıza qoşulacaq İşə Qəbul Mütəxəssisi axtarırıq. Əgər eyni anda bir neçə şirkətlə işləməyi, müxtəlif sahələrdə vakansiyalarla məşğul olmağı və HR sahəsində güclü təcrübə toplamağı istəyirsənsə – bu fürsət sənin üçündür!

Əsas vəzifə öhdəlikləri

  • Daxili və müxtəlif müştəri şirkətlər üçün işə qəbul proseslərinin planlanması və həyata keçirilməsi
  • Vakansiyaların hazırlanması və uyğun platformalarda paylaşılması
  • Namizədlərin ilkin seçimi, müsahibələrin təşkili və nəticələrin izlənməsi
  • Müştəri şirkətlərə namizəd təqdimatı və mütəmadi geribildirim verilməsi
  • Namizəd bazasının idarə olunması və genişləndirilməsi
  • İşə qəbul hesabatlarının hazırlanması və daxili sistemlərin yenilənməsi

Tələblər

  • Ali təhsil (İnsan resursları, Biznesin idarə olunması və ya əlaqəli sahələr)
  • İnsan resursları və/və ya konsaltinq sahəsində ən azı 2 il iş təcrübəsi
  • Müxtəlif sahələr üzrə (satış, texniki, inzibati və s.) vakansiyalarla işləmə bacarığı
  • Yaxşı təşkilatçılıq və çoxsaylı prosesləri eyni anda idarəetmə bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • MS Office və vakansiya idarəetmə platformalarında sərbəst işləmə bacarığı

Üstünlüklər:

  • Konsaltinq və agentlik mühitində iş təcrübəsi
  • İngilis və rus dili bilikləri
  • HRIS proqramları ilə təcrübə

 

Təklif edirik

  • Rəqabətqabiliyyətli əməkhaqqı
  • Dəyişkən və inkişafyönümlü mühit
  • Nahar və trenajor idman (ofis daxilində)
  • Peşəkar komanda ilə işləmək və təcrübə paylaşımı
  • Strateji layihələrdə iştirak və irəliləmə imkanı
  • Rəhbərliklə birbaşa əməkdaşlıq və təşəbbüslərin dəyərləndirilməsi

Müraciət qaydası

Qeyd olunan tələblərə uyğun gələn namizədlər 10.12.2025 il tarixinədək göstərilən müraciət linkindəki (https://peopleatwork.ai/en/job/483)  platformaya daxil olub, qeydiyyatdan keçib, şəxsi məlumatlarınızı (CV-sini)  dolduraraq müraciət edə bilərlər. Əgər sual yaranarsa platformadan əlaqə nömrəmizə və ya ikm@berc.az emailinə yazaraq müraciətlərinizi ünvanlaya bilərsiniz.

Haqqımızda

BERC IKM, BERC GROUP ekosisteminin insan resursları sahəsində fəaliyyət göstərən ixtisaslaşmış konsaltinq şirkətidir. Şirkət işə qəbul, HR sistemlərinin qurulması, işçi performansının qiymətləndirilməsi və təlim & inkişaf proqramlarının hazırlanması sahəsində müxtəlif yerli və beynəlxalq şirkətlərə peşəkar xidmətlər göstərir.

BERC GROUP-un dəyərlərinə əsaslanan BERC IKM çevik, nəticəyönümlü və innovativ HR həlləri ilə əmək bazarındakı trendləri izləyir və öz müştərilərinə real, tətbiq olunan yanaşmalar təklif edir.

Veb sayt : www.ikm.az   |  www.berc.az

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C

Əlaqə nömrəsi: +994 51 201 33 26, +994 12 310 53 45, +994 10 310 53 45,

Oxşar vakansiya siyahısı:

400₼
Kargüzar

Pro Con izo Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

05.11.2025 - Bakı

500₼
Ofis İşləri üzrə Əməliyyatçı

Siyəzən Broyler MMC Ofis İşləri üzrə Əməliyyatçı üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

23.10.2025 - Bakı