İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İnci Group of Companies İşə Qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya və ya İnsan resursları sahəsində);
  • Cinsi: Bəy namizədələrə üstünlük verilir;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
  • Kollektiv və işçi heyəti ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Uğurlu namizədlərlə bağlı referansların alınması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
  •  Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak.

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Şənbə və Bazar istirahət günü;

– Əmək haqqı:1200 AZN.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis” yazaraq hr.inci@inci.az mail ünvanına və ya 077-441-56-09 nömrəsinin whatsapına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Resursları üzrə kiçik mütəxəssis

AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda İnsan Resursları üzrə kiçik mütəxəssis vakansiyası üzrə xanım işçi axtarır. ...

AR-metiz MMC

19.02.2024 - Bakı

İnsan resursları üzrə mütəxəssis

Foriella MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Foriella MMC

08.02.2024 - Bakı