Qısa məzmun
RAM Holding İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən nömrə ilə təmin olunacaqdır.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (Upper-İntermediate), Rus dili (arzuolunandır);
- Kompüter bilikləri: MS Excel bilikləri (Pivot Table, VlookUp, SumİFS funksiyalarından istifadə edə bilən);
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- Daxil olan işçi tələb formalarını təhlil edilməsi;
- Mövcud vakansiyalar üzrə iş elanlarını hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
- Zərurətə əsasən işə qəbul testlərinin həyata keçirilməsi;
- Yeni əməkdaşların adaptasiya proseslərinə nəzarət edilməsi;
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
- Şirkət tərəfindən nömrə ilə təmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır