İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

OMİD MMC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycanın tikinti materiallarının pərakəndə satışı üzrə ən böyük şəbəkəsi olan, 1994-cü il tarixindən ölkədə fəaliyyət göstərən “OMİD” MMC “FAB Group”un tərkibində fəaliyyət göstərməkdədir. OMİD Mağazalar şəbəkəsi əsasən İşıqlandırma, Elektrik, Elektrik əl alətləri, Xırdavat, İnşaat materialları, Boya məhsulları, Divar kağızları, İstilik və havalandırma, Məişət malları, Santexnika və Bağ-bağça məhsullarının topdan və pərakəndə satışını həyata keçirir.

OMİD Mağazalar şəbəkəsi İşə qəbul üzrə mütəxəssis vakansiyasını elan edir.

Namizədə dair əsas tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi; (Retail üzrə)
  • Microsoft Office, visio, 1 C (HR modulu) proqramlarında sərbəst işləmək bacarığı;
  • Səlis niqt qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük veriləcək).

Əsas vəzifə və öhdəliklər:

  • İşçi tələbləri ilə bağlı axtarış kanallarını müəyyənləşdirilmək, elanları hazırlamaq və dərc olunmasını təmin etmək;
  • Yeni ştatlara əmək haqqı təyin olunmasında iştirak etmək, ehtiyac olduğu təqdirdə əmək haqqı üzrə bazar araşdırmalarını aparmaq;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Namizədlərlə ilkin müsahibələri keçirmək;
  • Prosedurlara əsasən imtahana cəlb olunması nəzərdə tutulan namizədlərlə müvafiq sahələr üzrə test imtahanını keçirmək;
  • Müvafiq vakansiyalar üzrə namizədlərlə müsahibələr təşkil etmək və iştirak etmək;
  • Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
  • Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək, əməkdaşın işə qəbul məlumatlarını məluumat bazasında daxil tmək və sənədləşmə üçün əmək haqqı və tabel üzrə mütəxəssisə məlumat göndərmək;
  • Vəzifə və iş yeri dəyişikliyi ilə bağlı müraciətləri araşdırmaq, struktur rəhbərlərindən müvafiq əsaslandırmaları almaq, ehtiyac olarsa işçi ilə müsahibə keçirmək;
  • İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək;
  • İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq strukturlara məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək , məlumat bazasında müvafiq dəyişikliklər etmək;
  • Təhsil müəssisələrindən təcrübə məqsədi ilə yönləndirilən tələbələrin aidiyyati struktur bölmələrində yerləşdirilməsinə köməklik etmək;
  • Kariyera sərgilərində iştirak etmək, sərgidə vakansiyalar haqqında namizədləri məlumatlandırmaq;
  • İşə müraciət edən namizədlərin 1 C programında məlumatlarını əlavə etmək;
  • İşə qəbul edilən əməkdaşlara aidiyyatı üzrə Orientasiya və Adaptasiya proqramı üzrə təlimatlandırmaq;
  • İşə qəbul edilən əməkdaşların rəsmi sənədlərini proqramdan çıxararaq imza etdirməklə şəxsi işini formalaşdırmaq;

İş şəraiti:

  • Həftə ərzində 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı 800 manat
  • Yaş həddi : 22-40
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” sözlərini qeyd edərək habib.valiyev@omid.az -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı