İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Damla Mebel MMC İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Boş vakansiyalarla bağlı elanların hazırlanması, yerləşdirilməsi;
  • İşə qəbulla bağlı sosial şəbəkələrin idarə edilməsi;
  • İşçilərin qəbul edilməsi, müsahibələrin təşkili;
  • İşçilərin sınaq müddətlərinin izlənilməsi, hesabatların hazırlanması;
  • İşçilərə daxili nizam-intizam qaydaları ilə bağlı təlimatların verilməsi;
  • CV bazanın yaradılması, qeydiyyatının aparılması;
  • Lazım olduqda iş analizlərinin aparılması;
  • Vəzifə təlimatlarının yazılması;
  • Fəaliyyət sahəsi ilə bağlı digər tapşırıqlarının icrası.

Namizədə tələblər:

  • Ali təhsilli (Xüsusilə “Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli”);
  • Təcrübə 1-2 il;
  • Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Analiz etmə bacarığı;
  • Dəqiqlik və diqqətlilik;
  •  Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

  • Həftədə 6 iş günü tam, 1 gün istirahət;
  • Əmək haqqı: Əməkdaşın bilik və bacarığına uyğun olaraq təyin ediləcək.
  • Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan şəhəri, Saray qəsəbəsi və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “ mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

700₼
Kadrlar üzrə əməliyyatçı

Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

01.09.2025 - Bakı

Ofis İşləri üzrə Mütəxəssis

Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

28.08.2025 - Bakı

700₼
Kadrlar üzrə əməliyyatçı

Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

28.08.2025 - Bakı

800 — 1000 ₼
İşə qəbul üzrə mütəxəssis

AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...

AzəriMed QSC

27.08.2025 - Bakı

800 — 1000 ₼
Direktor köməkçisi

Konsis Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Konsis

26.08.2025 - Bakı

1000 — 1500 ₼
İnsan Resursları üzrə mütəxəssis

NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

NYS Information Technologies

21.08.2025 - Bakı