Qısa məzmun
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- İşçi ehtiyaclarının təhlili və işə qəbul strategiyasını hazırlamaq;
- İşçi çatışmazlığı və ya izafı işçi sayı ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi;
- Şirkətin istedadların əldə edilməsi proqramını həyata keçirmək;
- İşə qəbul prosesinə riayyət etmək və işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
- Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək;
- Müxtəlif sosial media platformalarından istifadə edərək potensial namizədləri adiyyatı vakansiyalar üzrə cəlb etmək;
- Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;
- Fərqli universitet və təhsil ocaqları ilə əlaqələr və əməkdaşlıqlar qurmaq;
- İşə götürmə metrikalarını izləmək;
- Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək;
- Rəhbərlik və digər şöbələrlə sıx əməkdaşlıq edərək, planlanma ilə bağlı müvafiq məlumatları təqdim etmək;
- Kadrların yenidən təyin edilməsi, təlim və ya inkişaf ehtiyaclarının planlanması. Mövcud işçi resurslarının səmərəli istifadə olunmasını təmin etmək;
- İşçi dövriyyəsinin analizi və optimallaşdırılması. İşçilərin motivasiyasını artırmaq və dövriyyəni azaltmaq üçün təkliflər və layihələrin hazırlanması;
- İş yükünün balanslaşdırılması və optimallaşdırılması üçün təkliflər hazırlamaq. İşçilərin performansının təhlili və onların inkişafı üçün təkliflərin hazırlanması;
- Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
- İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək.
Tələblər
- İnsan Resursları, Psixologiya və ya müvafig sahə üzrə ali təhsil arzuolunandır;
- Qeyd olunan sahədə 3-5 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dil bilikləri;
- Kompüter bilikləri: Ofis proqramları (Excel bilikləri yüksək səviyyədə), analitik alətlərindən istifadə arzuolunandır;
- Sertifikat: SHRM / CİPD arzuolunandır;
- Güclü ünsiyyət bacarığı;
- Layihə idarəedilməsi üzrə təcrübənin olması üstünlükdür.
Şirkətin Təqdim etdiyi İmkanlar:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.
Oxşar vakansiya siyahısı:
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...
600 — 700 ₼
İnsan resursları üzrə mütəxəssisSaglam Catering şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssisAzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...