İşə qəbul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İnci Group of Companies İşə Qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında :  1995-cü ildə fəaliyyətə başlayan   “İnci Group of Companies” QSC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə Şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : İşə Qəbul üzrə kiçik mütəxəssis

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində) ;
  • Yaş: 23-35;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
  • Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Uğurlu namizədlərlə bağlı referansların alınması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
  • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis” yazaraq hr.inci@inci.az ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı