Qısa məzmun
Vəlioğlu-2018 İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- İş Yeri: Bakı, Binəqədi rayon, Ziya Bunyadov 13,
- İş rejimi: I-VI günlər
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
İş Təsviri:
- Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
- İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
- Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
- İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
- İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Tələblər:
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
- Təhsil: Ali
- AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili və İngilis dili arzu olunandır;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
Çalışmaq arzusunda olan şəxslər elektron poçtun “mövzu” yerinə “İşə Qəbul üzrə mütəxəssis” qeyd etməklə CV-lərini hr@velioglu.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan Resursları üzrə mütəxəssis
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...