İş icraçısı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ArchiCO İş icraçısı vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya rus dili bilikləri olan namizədlərə üstünlük verilə bilər.

Vəzifə öhdəlikləri:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planının və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsinin təmin edir
  • Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanması və onlardan səmərəli istifadə olunmasını təmin edir
  • Görülmüş işlərin uçotunun aparılmasını, texniki sənədləşməni tərtib edir
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
  • Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlanması və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir
  • Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
  • İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə sifarişlər tərtib edir və onların səmərəli istifadəsini qəmin edir.
  • Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.
  • İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid və magistrala çıxan ;yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə nəzarət edir.
  • Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir. Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır.
  • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.

Namizədə olan tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Tikintidə 5 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • MS Office, AutoCad və internet ilə işləmə bacarığı;
  • İngilis və ya rus  dili bilikləri olan namizədlərə üstünlük verilə bilər.

CV və tövsiyyə məktublarınızı “iş icraçısı” başlığı ilə göndərməyiniz xahiş olunur. 

Oxşar vakansiya siyahısı:

2000 — 2500 ₼
Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

14.08.2025 - Bakı

700 — 1000 ₼
Texniki ofis mühəndisi

PRO CON İZO MMC Mühəndis mühəndisi üzrə vakansiya elan edir. ...

PRO CON izo

11.08.2025 - Bakı

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

21.07.2025 - Hacıqabul