Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İR üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dilləri üzrə sərbəst biliklər.
Tələblər :
- Ali ixtisas üzrə təhsil
- İR üzrə 1-3 il iş təcrübəsi
- Azərbaycan dili üzrə sərbəst biliklər
- Rus və İngilis dilləri üzrə sərbəst biliklər
- Kompüter bilikləri (Microsoft Word, Microsoft Excel, Microsoft Outlook,)
- Riyazi biliklər
- Ünsiyyət qurma bacarığı
Öhdəliklər :
- Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi.
- Şirkət üzrə vəzifə dəyişikliyi prosesinin həyata keçirilməsi və tənzimlənməsi.
- Namizədlərin işə qəbul prosesinə cəlb edilməsi və mövcud olan vakansiyalar haqqında potensial namizədlərin məlumatlandırılması məqsədi ilə təhsil müəssisələri, məşğulluq xidmətləri, işəqəbul agentlikləri ilə İşgüzar əlaqələrin qurulması.
- Vakansiyaların elektron bazasının formalaşdırılması və tənzimlənməsi.
- Sınaq müddətinin nəticələri əsasında lazımi tədbirlərin həyata keçirilməsi və əməkdaşa müvafiq məlumatın verilməsi.
- Vakant vəzifələrlə əlaqədar daxili müsabiqələrin təşkili, işçilərin mövcud olan vakansiyalar haqqında məlumatlandırılması.
- Nəmizədlərin elektron bazasının formalaşdırılması və tənzimlənməsi.
- Uyğunlaşma seminarlarının təşkil olunması.
- Əməkdaşların sorğularının vaxtında cavablandırılması, tam tələb olunan informasiya ilə təmin olunması.
- Müvafiq tirələr/departamentlər/şöbələr üzrə işçi sayının planlarının hazırlanmasında iştirak.
- İşəgötürən Brendinin gücləndirilməsində köməyin göstərilməsi.
- Zeytun Pharmaceuticals kompetensiyalarına (əsas keyfiyyətlərinə) uyğun olaraq, lazımi qiymətləndirmə (assessment) prosesində iştirak.
- Siyasət və prosedurların hazırlanmasında iştirak.
- Əməkdaşların fərdi inkişaf planlarının hazırlanmasına dəstəyin göstərilməsi, onların inkişafının izlənməsində iştirak.
- Xidmət etdiyi müvafiq strukturun təlim-inkişaf planının hazırlanmasında iştirak .
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- İş proseslərinə aid prosedurların hazırlanmasında işti
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü
- Karyera yüksəlişi imkanı.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...