İR üzrə Mütəxəssis (Kürdəmir)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azersun Holding şirkəti İnsan resursları mütəxəssisi (Kürdəmir) vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

  • Ali təhsili olmalı;
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Miqrasiya məcəlləsini bilməli;
  • Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır.

İş haqqında məlumat:

  • Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
  • Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması;
  • Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
  • İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
  • Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
  • Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir.
  • Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır.
  • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.

İş qrafiki:

  • Həftə içi 5 gün.

İş yeri:

  • Kürdəmir rayonu. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İR üzrə mütəxəssis (Kürdəmir)” qeyd olunmalıdır) göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı