İR üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PMD Hospitality LLCİR üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Şöbə: İnsan Resursları
Vəzifə: İR üzrə menecer
İş yeri: Regionlar

Otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

  • İşçi heyətinə aid sənədləşmələrin daxili qaydalara və qanunvericiliyin tələblərinə uyğun olmasını təmin
    etmək;
  • Üst rəhbərliyə və dövlət orqanlarına hesabatların vaxtında və düzgün verilməsini təmin etmək;
  • İR üzrə ən düzgün və ən son praktikaların tətbiqini təmin etmək;
  • İşçi heyətinin təlim və inkişaf ehtiyaclarını təmin etmək;
  • İR üzrə ERP sistemininin düzgün şəkildə işləməsini təmin etmək
  • Bütün İnsan Resursları funksiyalarına nəzarət və idarə etmək: işə qəbul, təlim və inkişaf,əmək haqqı/təminat proseslərinin administrasiyası, qanunvericilik tələblərinə uyğun fəaliyyət, komanda ilə işləmək, əmək münasibətləri və müqavilələrin tənzimlənməsi, fəaliyyət səmərəliliyi qiymətləndirilməsi, işçilərin təzminatı və təhlükəsizliyi, məşğulluq prosesləri, ümumi rəhbərliyin həyata keçirilməsi və müvafiq dəstək göstərilməsi;
  • Baş menecerə, rəhbər heyətə və işçi heyətinə dəstək olmaq və istiqamət vermək;
  • Müsbət, məhsuldar, ədalətli və sağlam iş mühitinin qorunmasını təmin etmək məqsədilə bütün otel
    işçilərinin idarə edilməsi ilə bağlı prosedurlar və proqramlar hazırlamaq, tətbiq və idarə etmək;
  • Müsahibə etmək, işə qəbul etmək

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi barədə yüksək səviyyədə biliklər;
  • İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında yüksək səviyyədə biliklər;
  • 1C, MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Dil bilikləri -Azərbaycan dili, İngilis dili , Rus dili

İşçinin təminatları:

  • Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal
    endirim imkanı;
  • PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyera davamı imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  •  Könüllü tibbi sığorta
  • Şirkət tərəfindən nahar,nəqliyyat və yaşayış yeri təminatı;
  • İş qrafiki: Altı günlük iş həftəsi;
  • Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@pmdhospitality.az CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 01 mart 2021-ci il

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı