İR mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC İR mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analiz etmə bacarığı olmalıdır.

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: İnsan resursları əməliyyatlarının idarə edilməsi şöbəsinə “mütəxəssis”

Vəzifə öhdəlikləri:

  • Əmək müqavilələrinin tərtibi;
  • Əmək kitabçalarının tərtibi;
  • Elektron hökümət portalına dəyişikliklərin işlənilməsi (işə qəbul, azad, yerdəyişmə);
  • Əmrlərin yazılması;
  • Razılaşmaların tərtibi;
  • İşçilərdən izahatların alınması, qeydiyyatının aparılması;
  • Tabellərin yoxlanılması və tərtibi.
  • 1C proqramına məlumatların daxil edilməsi.

Namizədə tələblər:

  • Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli;
  • Təcrübə tələb edilmir;
  • Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Analiz etmə bacarığı;
  • Dəqiqlik və diqqətlilik;
  • Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Karyera hədəfi:

  • İR sahəsində dərindən təcrübə toplamaq imkanı qazanmaq, bu sahədə şirkət daxili inkişaf etmək;
  • 1C 8.3 proqramının öyrədilməsi.

Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “İR mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı