İR Karyera və təlim üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İR Karyera və təlim üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

  • İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
  • Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
  • İş təcrübəsi: 1 il
  • Yaş həddi: 21-26
  • İR Təlimlərində iştirak edən bəy namizədlərə üstünlük verilir.

Vəzifənin təsviri:

Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.

Vəzifə öhdəlikləri:

  • Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
  • Təlim planının hazırlanması prosesində iştirak etmək;
  • Təlimlərin hazırlanması və tədris edilməsi;
  • Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
  • Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
  • Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
  • Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
  • Əlavə korporativ fəaliyyətlər.

Tələblər:

  • Öyrənmə və inkişafa yüksək həvəs;
  • İR sahəsi üzrə karyera qurmaq hədəfi;
  • MS Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və detallara qarşı diqqətlilik;

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi;
  • 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR Karyera və təlim üzrə kiçik mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı