Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Araz Supermarket İR Biznes Tərəfdaşı vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri.
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti;
- İş yeri: ərazi ofisləri.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Biznes Tərəfdaşı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...