İR biznes analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu MMC İR biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri

Təhsil: Ali (İnsan Resursları, İqtisadiyyat və ya idarəetmə ixtisasları arzuolunandır)

Vəzifə funksiyaları:

  • İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək;
  • Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurulmasını koordinasiya və təmin etmək;
  • Vəzifə funksiyalarının effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini (KPIs) müəyyən etmək;
  • Kritik vəzifələrin və əməkdaşların davamçıları üçün sistemli yanaşma hazırlamaq və prosesin işləyişini koordinasiya və təmin etmək;
  • Rəhbər, mütəxəssis və ekspert heyəti üçün talant hovuzunun yaradılmasını təmin etmək;
  • Təşkilati strukturların müvafiq proqram təminatında tərtibatının aparılmasını, yenilənmiş tərtibatların təyin edilmiş qovluqda mütəmadi olaraq yerləşdirilməsini təmin etmək;
  • İR funksiyaları üzrə siyasətlərin, prosedurların, şirkət strukturlarının əsasnaməsinin,vəzifə təlimatlarının hazırlanmasını prosesini həyata keçirmək;
  • İllik işçi bağlılıq və məmnuniyyət sorğularını keçirmək.

Tələblər:

  • Əməkhaqqıda bonus sistemlərinin qurulması və imtiyazlar sahəsində biliklər;
  • İş və iş yükü analizləri sahəsində təcrübə;
  • Performansın idarəedilməsi sahəsində biliklər;
  • İş dəyərləndirilməsi sahəsində biliklər;
  • İnsan resurslarının planlaşdırılması sahəsində biliklər
  • Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər;
  • Yüksək səviyyədə MS Excel biliyi
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR biznes analitik” yazmaqla müraciət edilir.

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı