Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank İqtisadçı/Risk analitik vəzifəsi üzrə vakansiya elan edir. Güclü analitik təhlil bacarığı olmalıdır.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (maliyyə/iqtisadi/riyazi).
- Güclü analitik təhlil bacarığı;
- Makro iqtisadiyyat, Pul-kredit siyasəti alətləri haqqında biliklər;
- Faiz, Valyuta və Likvidlik risklərinin tənzimlənməsi metodları barədə bilik və bacarıq;
- Kredit analiz modulları barədə məlumatlı olmaq;
- Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
- Ekonometrik modellərin işlənilməsi haqda biliklər;
- Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarığı;
- Yüksək səviyyədə Microsoft Office proqramı, Excel Macro applications biliyi.
- SQL bilikləri
İŞİN TƏSVİRİ:
- Maktoiqtisadi təhlil, iqtisadi trendlərin monitorinqi, statistik üsullardan istifadə edərək makroiqtisadi göstəricilər üzrə proqnozların hazırlanması, bu göstəricilərin dəyişməsi nəticəsində yarana biləcək risklərin təhlili;
- Maliyyə bazarlarına əhəmiyyətli təsir edən hadisələr və faktlar üzrə stress-testlərin və ssenari təhlillərinin həyata keçirilməsi;
- Maliyyə və əməliyyat risklərinin ölçülməsi və qiymətləndirilməsi, Risklərə qarşı hedging alətlərinin tətbiqi;
- VAR, Likvidlik qəpi, duration hesablamaları;
- Kredit analiz modullarının ( Structural and Reduced form models) hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə iqtisadçı/risk analitik” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...