İpoteka şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı İpoteka şöbəsinin müdiri vəzifəsi üzrə vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı İpoteka şöbəsinin müdiri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankın kredit siyasətinə uyğun olaraq təqdim edilmiş (təqdim edilməsi nəzərdə tutulan) ipoteka kreditləri üzrə işi təşkil etmək, ipoteka kreditlərinin bankdaxili normativ sənədlərin tələblərinə uyğun verilməsinə nəzarət etmək;
  • Yeni ipoteka məhsullarının tətbiqini və cari ipoteka məhsulları üzrə şərtlərin dəyişdirilməsinə dair təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Qanunvericiliyin və bankdaxili normativ sənədlərin tələblərinə uyğun olaraq, digər struktur bölmələrlə birlikdə ipoteka kreditlərinin təhlilini (anderraytinqini) həyata keçirmək prossesinin idarə edilməsi;
  • İpoteka kreditləşməsi üzrə bankdaxili normativ sənədlərin tələblərinin pozulması halları aşkar olunduqda, həmin uyğunsuzluqların aradan qaldırılması üçün səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;
  • Bankda ipoteka MTK-lar üzrə kreditləşməsi üzrə zəruri hesabatlar hazırlamaq və onları aidiyyəti üzrə təqdim edilməsinə nəzarət etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • İpoteka kreditləşməsi üzrə 4 il təcrübəyə malik olan (2 il rəhbər vəzifədə) ;
  • Komandanın idarə edilməsi bacarığı olan;
  • MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Azərbaycan dilini əla , rus və ingilis dillərini orta səviyyədə bilən;
  • İnsanları dinləmə və eşitmə bacarığına sahib;
  • Proaktivlik bacarığına malik;
  • Özünəgüvən və insanları inandırma qabliyyətinə sahib;
  • Yüksək analitik qabiliyyətlərə malik;
  • Lider səriştələrinə malik olan şəxsdir.

Axtardığımız namizəd sizsinizsə öz CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İpoteka şöbəsinin müdiri” şəklində göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı