iOS ekspert tərtibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank iOS ekspert tərtibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Git-Flow ilə sərbəst işləmə bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Mobil və WEB platformaların hazırlanması və modifikasiyası
  • Mobil və WEB bank və informasiya sistemləri üçün layihə müşayəti
  • Test tapşırıqların hazırlanması və testlərdə iştirak
  • Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi
  • Mobil və WEB bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi

Tələblər:

  • iOS 11.0 və daha yüksək SDK platforması istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə iş təcrübəsi;
  • Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST-API işləmə prinsipləri barədə anlayış;
  • Alamofire, Codable (Swift 4) proqramlaşdırma dili ilə iş təcrübəsi;
  • Objective-C bilikləri, Objective-C Runtime, ARC işləmə prisiplərinin anlamaq bacarığı;
  • Swift 4+ bilikləri;
  • AutoLayout и Storyboard. Size classes, Safe area bilikləri
  • Multithreading/Blocks/Closures/GCD/NSOperationQueue bilikləri;
  • OYP prinsiplərinin və istifadəçi interfeyslərinin şablon layihələndirilməsi;
  • Məlumat bazası ilə iş təcrübəsi;
  • SOA yanaşmasını və MVC, MVVM və başqa strukturları anlama bacarığı;
  • Git-Flow ilə sərbəst işləmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Layihələrin yazılması və hazırlanması prosesində iştirak;
  • Müasir texnologiya və metodologiya ilə işləmə şəraiti;
  • Müasir və çevik metodologiyaların əldə olunması (Scrum, Agile);
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda iOS ekspert tərtibatçısı vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “iOS Devoloper” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) cv@yelo.az ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı