İnzibati Strukturun mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AFB Bank İnzibati Strukturun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Satınalma və təchizat sahəsində 2 il iş təcrübəsi olmalıdır.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil;
  • Satınalma və təchizat sahəsində 2 il iş təcrübəsi;
  • İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması, o cümlədən Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Mükəmməl Azərbaycan dili biliyi ( Rus və İngilis dili bilənlərə üstünlük verilir)
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Satınalma üzrə təlimlərdə iştirak etmiş və sertifikata sahib olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

  • Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnzibati Strukturun mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı