İnzibati Köməkçi (Naxçıvan filialı)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC İnzibati Köməkçi (Naxçıvan filialı) vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  müddətdə Naxçıvan filialı üçün

İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

Bu vəzifəni icra edən, bir başa rəhbərinin rəhbərliyi altında təyinatı idarənin/ofisin davamlı fəaliyyət göstərməsini təmin etmək üçün məsuldur. İnzibati köməkçi ofisə gələn müştərilərin və digər şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsinin təmin edilməsinə məsuldur.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin etmək;
  • Kredit üçün müraciət edən müştərilərin müvafiq əməkdaşlara yönləndirilməsini təşkil etmək;
  • Filiallardakı kredit müqavilələrinin təşkilatın prosedur və təlimat tələblərinə uyğun olaraq hazırlanıb, Baş ofisə göndərilməsini təmin etmək;
  • Sənədlərin fiziki olaraq toplanmasını və tamlığını təşkil və təmin etmək;
  • Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək, qoyulmuş təhlükəsizlik qaydalarına və normalarına əməl edilməsini təmin etmək;
  • Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün lojistik işlərin təşkilini həyata keçirmək;
  • Region daxilindəki filial ofislərində müvafiq əməkdaşlar ilə əlaqəli şəkildə işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərin həllinə dəstək göstərmək;
  • Tələb olduqda, gündəlik iş prosesində rəhbəri tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək;

Tələblər

Namizəddən gözləntilərimiz

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
  • İnzibati işlər və ofis işlərinin tənzimlənməsində ən azı 1 illik iş təcrübəsinin olması
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Xidmət yönümlü olmaq –həmkarlarına və ofisə müraciət edən şəxslərə aktiv şəkildə köməklik etməyə  səy göstərmək
  • Yüksək keyfiyyətdə şifahi və yazılı ünsiyyət bacarığı, məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq və əlaqə qurmaq qabiliyyəti
  • Əlaqələndirmə – öz fəaliyyətlərini digər əməkdaşların və kənar tərəfdaşların fəaliyyətləri ilə uyğunlaşdırmaq bacarığı
  • Təşkilat daxilində şəxslərarası məhsuldar ünsiyyəti qurmaq və qoruyub saxlamaq bacarığı
  • İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək
  • Müştərilərlə davranış etikası qaydalarına əməl etmək
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Lİnk: https://finca.az/jobs/inzibati-komekci-3-3/

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı