Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amal Group İnteryer dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (müvafiq sahə üzrə),
- Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX, Archicad, Corona və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan və Rus dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: İnteryer dizayn işləri üzrə 3 ildən az olmayaraq iş stajı.
- Zəruri hallarda ölçü götürmək məqsədi ilə məkana getmək;
- Planlaşdırma qabiliyyəti və punktual olması.
- Müştəri ilə işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Daxili dizayn, texniki cizgilər və 3D vizualizasiya layihələrinin hazırlanması.
- Memar tərəfindən verilən layihələrdə düzəlişlərin edilməsi.
Bilik və bacarıqlar:
- Bədii estetikanı və erqonomikanı;
- Müasir və klasik üslub istiqamətlərini bilməsi,
- İnteryerin texniki tələblərini və normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Ediləcək layihənin ölçülərinin götürülməsi bacarığı,
- Optimal dizayn qərarlarını vermə qabiliyyəti,
- Layihə sənədləşməsinin vahid sistemini, layihə sənədlərinin tərtibini, işlənib hazırlanmasına qoyulan tələbləri, tikinti norma və qaydalarını (QOST-lar və s.);
- Yaşayış binaları, kiçik və orta ölçülü binalarda istifadə olunan ümumi konstruksiya və qeyri-konstruksiya üsulları;
- İnteryerin-eksteryerin qurulması ilə əlaqədar istifadə olunan materiallar və üsullar;
- İnteryer-eksteryerin layihələndirilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş planlaşdırma normaları;
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “İnteryer dizayner” adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...