İnteryer Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kontakt Home İnteryer Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Mağazaların interyer dizaynını işləməlidir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: İnteryer Dizayner

Zəruri tələblər:

  • İnteryer dizayn sahəsində həyata keçirdiyi proyektlərdən ibarət portfolionun olması;
  • İnteryer dizayn sahəsində təhsilin olması;
  • İnteryer dizayn sahəsində azı 3 il iş təcrübəsi;
  • Autocad, 3dmax ve Photoshop proqramlarını interyer dizaynerə lazım olan səviyyədə bilmək;

Vəzifələr:

  • Kontakt Home mağazalar şəbəkəsinin mağazaları və şəbəkəyə daxil digər layihələrin interyer dizaynını işləmək;
  • Layihələrin realizasiyası və müəllif nəzarətini həyata keçirmək.

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
  • İş qrafiki: I-V günlər, 09:00 – 18:00
  • Əmək haqqı razılaşma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kqm6b27z

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...