Qısa məzmun
Norm OJSC Önləyici və Dövri Təmir üzrə İnspektor vəzifəsi üzrə vakansiya elan edir.
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Önləyici və Dövri Təmir üzrə İnspektor vəzifəsinə namizəd axtarılır.
Tələblər:
- Elektrik və Elektronika mühəndisliyi üzrə Ali təhsil
- Microsoft Office proqramlarından istifadə bacarığı (Excel programından yüksək səviyyədə istifadə edə bilənlərə üstünlük verilir)
- SAP proqramından istifadə bacarığı arzu olunandır
- İnglis dilinin elementar səviyyədə biliyi
- Avtomatika üzrə təcrübə
- Əlaqədar sahədə ən azı 2 il iş təcrübəsi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Vəzifə və Öhdəliklər:
- Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
- Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
- Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barədə məlumat vermək.
- Avadanlıqlarda aşınma ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək.
- Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
- Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
- Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin yerinə yetirilməsi.
- Təmir və qəza planlarının hazırlanması.
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Son Müraciət Tarixi: 02.04.2021
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...