İnsidentlərin təhlili və araşdırılması şöbəsinə Baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank İnsidentlərin təhlili və araşdırılması şöbəsinə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarında sərbəst iş bacarığı olmalıdır.

Azərbaycan Beynəlxalq Bankı Gədəbəy şöbəsinə Müştəri Xidmətləri üzrə Mütəxəssis (Hüquqi və fiziki şəxslər üzrə əməliyyatçı) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
  • Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil etməyi bacaran;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 1-3 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsidentlərin təhlili və araşdırılması şöbəsinə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə