Qısa məzmun
Kapital Bank İnsan resurslarının idarə edilməsi departamentinin Təşkilati öyrənmə və inkişaf Şöbəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- “Kapital Bank”ASC-nin “Təlim və inkişaf sistemi üzrə qaydaları”nı hazırlayır, yeniləyir, tətbiq edir və əlaqədar siyasət və prosedurların hazırlanmasında iştirak edir;
- Bankın təlim və inkişaf strategiyasının həyata keçirilməsində iştirak edir və biznes tərəfdaşı olaraq fəaliyyət göstərir;
- Bankın illik öyrənmə və inkişaf planını hazırlayır və təqdim edir, planın icrasına nəzarət edir;
- Təlim və inkişaf proseslərinin bütövlüyünə nəzarət edir, ehtiyacların müəyyən edilməsinə, layihələrin və inkişaf fəaliyyətlərinin planlaşdırılmasına və təşkilinə, nəticələrin qiymətləndirilməsinə rəhbərlik edir;
- Bankın illik təlim və inkişaf büdcəsini təklif edir, təsdiq olunmuş büdcənin icrasına nəzarət edir;
- Biliklərin idarə edilməsi və daxili bilik axınının təmin olunmasına nəzarət edir, yeni kadrların hazırlanması prosesini dəstəkləyir;
Üstünlük verilən bilik və bacarıqlar:
- İnsan resurslarının idarə edilməsi sahəsində müəyyən biliklərə və minimum 5 illik iş təcrübəsinə malik olmaq;
- Bank fəaliyyəti ilə əlaqədar qanunvericiliyi bilmək;
- Azərbaycan və ingilis dillərini mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...