İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700 AZN. Buta Construction İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməsi arzu olunandır.

“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikinti layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Vəzifə: İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahələrdə 3 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Ali təhsil
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – 700 AZN

İnsan resursları sahəsi üzrə vəzifə və öhdəliklər:

  • Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
  • Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsinin qeydiyyatını aparır, səbəblərini qeyd etməklə raport tərtib edir, mərkəzi ofisə göndərilməsini təmin edir.
  • Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır və mərkəzi ofisə məlumat verir.
  • İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
  • Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.

SƏTƏM üzrə vəzifə və öhdəliklər:

  • İşçilərin giriş, ilkin, vaxtaşırı və növbədənkənar təlimatlarının aparılmasını təşkil edir.Vaxt aşırı və lazımı hallarda ( işin
  • susiyyətindən asılı olaraq ) gündəlik təlimatların verilməsini təmin edir.
  • İşçilərin sağlam və təhlükəsiz əmək şərayətinin yaradılmasını təşkil edir.
  • Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət edir.
  • Əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi üzrə cari və perespektiv planların tutulmasın və icrasını təmin edir.
  • İşçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir.
  • İşçilərin xüsusi və fərdi geyim, ayaqqabının və digər vasitələrin saxlanmasını, yuyulmasını, təmirini təmin edir.
  • İşçilərin soyuq və isti havalarda müvafiq şəraitin yaradılmasını təmin edir.
  • İşçilərin təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərməsi qaydalarını öyrədilməsini təşkil edir.
  • Bununla yanaşı işçilərin əməyinin müdafiyəsi üzrə qanunvericilikdə nəzərdə tutulan diqər tələblər üzrə işləri təşgil edir və icrasını yoxlayır.
  • Tikinti və istismar zamanı ekolojı normalara riayət edilməsinin və yumşaldıcı tədbirlərin efektivliliyinin (yoxlama, müşahidə və s.) monitorinqi;

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini project1@butaconstruction.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı