İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil ;
  • Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübə;
  • Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməli;
  • Dili bilikləri : Azərbaycan dili. Rus dili və ya  İngilis dili əlavə üstünlükdür.
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirməsi;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edilməsi;
  • İş vaxtının uçotu cədvəlinin hazırlanması və davamiyyətlə bağlı gündəlik qeydlərin aparılması;
  • Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya edilməsi;
  • Şirkətin sosial layihələrinin həyata keçirilməsində iştirak edilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların həll edilməsi;

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar Şirkət tərəfindən təmin olunur;
  • 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis”  yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı