İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MSDIS Holding İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İnsan resursları üzrə mütəxəssis – MSDIS Holding

  • Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunmasının texniki təşkili;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
  • Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
  • İşçilərin icbari sığortasının həyata keçirilməsi;
  • İnsan resursları departamentinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunmasında, bu təlimlərin planlaşdırılması və təşkilində iştirak etmək;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • İşçilərin davamiyyət uçotunun aparılması;

Tələblər:

  • Elektron hökümət portalında sərbəst istifadə bacarığı
  • Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
  • İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
  • Uyğun sahədə ali təhsil
  • Yüksək ünsiyyət qabiliyyəti;
  • Microsoft Office proqramlarında (xüsusilə, Excel və Power Point) sərbəst istifadə bacarığı
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • İnsan resursları sahəsində azı 1 il iş təcrübəsi

Bu vəzifəyə müraciət etmək üçün CV-ni cv@msdisholding.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan Resursları üzrə mütəxəssis” olaraq mövzu bölməsində göstərin.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı