İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Baku Electronics LTD İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmaldır.

VƏZİFƏ BORCLARI:

  • Əmək Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək;
  • Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona uyğun müvafiq əməliyyatların aparılması;
  • Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun sənədləşməni təmin etmək;
  • Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq sənədləşməni təmin etmək;
  • Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılması;
  • Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini təmin etmək;
  • Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
  • Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş/çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
  • Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
  • İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
  • Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
  • Şirkətin İnsan Resursları işlərinin elktron formada həyata keçirmək üçün istifadə olunan proqramlarında (1C. Uyumsoft: Daily attendance ) işləmək;

İXTİSAS TƏLƏBLƏRİ:

  • Ali təhsil;
  • Azərbaycan, rus dillərini mükəmməl bilməsi, ingilis dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Word, MS Excel kimi ofis proqramlarında və e-gov.az, e-sosial.az kimi dövlət portallarında işləmək bacarığı;
  • 1C bilməsi arzuolunandır;
  • AR Əmək məcəlləsi və Əmək qanunvericiliyini mükəmməl bilməsi;

İş Şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
  • Şirkət daxili təlim və inkişaf imkanları
  • Karyera yüksəlişi imkanı
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyərləndiriləcək.

Vakansiya üçün müraciət qaydası:

CV-lər “İnsan Resursları üzrə Mütəxəssis ” mövzusu ilə hr@bakuelectronics.az elektron ünvanına göndərilməlidir.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı