Qısa məzmun
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun olaraq yeni işçilərin sənədlərinin qəbulu, əmək müqavilələrinin bağlanması, dəyişiklik, xitam, vəzifə dəyişikliyi, mükafatlandırma, ezamiyyət və digər kadr əməliyyatlarının icrası
· - Əmək Müqavilələrinin ƏMAS altsisteminə daxil edilməsi və digər ƏMAS əməliyyatlarının vaxtında yerinə yetirilməsi
- Qanunvericiliyə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqi və qeydiyyatının aparılması
- Məzuniyyət qrafikinin hazırlanması və icrasına nəzarət
- Aylıq iş vaxtı cədvəllərinin (tabel) tərtib edilməsi və rəhbərliyə təqdim olunması
- Əmək qabiliyyətinin olmaması hallarında müavinət ödənişi üçün protokolların tərtibi
- Kadr sənədlərinin toplanması, sistemləşdirilməsi və arxivləşdirilməsi
- Əməkdaşlara arayışların verilməsi
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin qeydiyyatı
- İşdən azad olunan işçilər üzrə son haqq-hesab məlumatlarının maliyyə şöbəsinə təqdim edilməsi
- Əməkhaqqı kartlarının sifarişi
- Giriş-çıxış icazələri ilə bağlı aidiyyəti şöbələrin məlumatlandırılması
- Yeni işçilərin adaptasiya və oriyentasiya proseslərinə dəstək göstərilməsi
Tələblər:
- Sahə üzrə minimum 3 il iş təcrübəsi (kadr əməliyyatları, əməyin uçotu)
- Ali təhsil (bakalavr)
- Azərbaycan dili – əla səviyyə, rus və ingilis dili – orta səviyyə
- Ofis proqramlarında, xüsusilə Microsoft Excel-də yaxşı işləmə bacarığı
- Dəqiqlik, diqqətlilik və vaxtı icraetmə bacarığıMaraqlananlar CV-ləri sabuhi.mammadaliyev@nys.az ünvanına yaza bilər. Məktubun mövzu hissəsində (subject) HR mütəxəssis başlığı ilə yazmağınızı x.e.
Oxşar vakansiya siyahısı:
1500₼
İşə qəbul üzrə menecerAzera Holding İşə qəbul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...