Qısa məzmun
Foriella MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Balaxanı Sənaye Parkı Sahə 1
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
- Arayışların və xəstəlik vərəqələrinin hazırlanması və qeydiyyatı;
- Əmrlərin (qərarların) hazırlanması
- Əmək kitabçalarında qeydlərin aparılması;
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS-a daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi və ezamiyyə vəsiqələrinin hazırlanması;
- Əmək haqqı kartlarının sifarişinin verilməsi;
- İşçilərin şəxsi işlərinin tərtib edilməsi
- Əmək haqqı tabelinin hazırlanması
- Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
- ƏMAS, İSB, və Məşğulluq dövlət orqanları ilə işləməyi bilməli
Tələblər:
- Ali təhsil (İR üzrə, iqtisadiyyat və ya menecment);
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyni bilməli
- MS Office proqramlarını bilməli
- İnsan Resursları üzrə minimum 2 il iş təcrübəsi;
- Məsuliyyətlilik
- Diqqətlilik
- Ünsiyyətcil olmalıdır
- Stressə davamlılıq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş qrafiki 09:00 – 18:00
- Əmək haqqı müsahibə əsasında
- Zəhmət olmasa, CV-nizi mövzu yerində “insan resursları üzrə mütəxəssis ” vəzifəsini qeyd etməklə hr@foriella.com elektron poçtuna göndərin.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnsan resursları üzrə mütəxəssisSuper Toys İnsan resursları üzrə mütəxəssis üzrə vakansiya elan edir. ...
İşə qəbul üzrə mütəxəssis
INNAB MMC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...