İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzGübrə İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
  • Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
  • İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
  • İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
  • Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi),  işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Xanım namizəd ;
  • İnsan resursları sahəsində təcrübə minimum 3-5 il
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Ünsiyyət qurma bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • İşə məsuliyyətli yanaşmaq;
  • Problemləri həll etmə bacarığı;
  • Yüksək kommunikasiya bacarığı;
  • Detallara xüsusi diqqətlilik;
  • Dil bilikləri: İngilis və Rus dilləri  üstünlükdür;
  • MS Office, MS Outlook, 1C 8.3 bilməli;

  İş şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasında dəyərləndiriləcək
  • İş qrafiki: 6 günlük (şənbə qısa iş günü)
  • Sənədləşmə Əmək Qanunvericiliyinə uyğun aparılır
  • İş yeri: Bakı şəhəri
  • Korporativ nömrə ilə təmin
  • İş yeri: Bakı şəhəri ( 28 may metrosu yaxınlığı)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz haldaCV- nizi elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “İnsan Resusrları üzrə mütəxəssis “qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı