İnsan Resursları üzrə administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. SSİ Retail İnsan Resursları üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilməlidir.

SSİ Retail Azərbaycanın ən uğurlu pərakəndə satış şirkətlərindən biri olub- Mango, New Yorker, Next və Celio kimi məşhur brendləri ölkəmizdə təmsil edir. Şirkət Azərbaycanda 13 mağazaya rəhbərlik edir.

Hal hazırda SSI Retail şirkətinə İnsan Resursları üzrə administrator tələb olunur

Tələblər:

  • Təhsil: ALİ (İqtisadiyyat, maliyyə və oxşar sahələrdə)
  • Yaş həddi: 25-35
  • İş təcrübəsi: İR sahəsində 2 ildən az olmayan təcrübə
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – orta
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək

Vəzifə öhdəlikləri:

  • İşə qəbul, işdən çıxış, iş yeri, əmək haqqı və vəzifə dəyişməsi zamanı sənədləşmələrin aparılması və Elektron Hökümət Portalında əmək müqaviləsi bildirişinin qeydiyyata alınması
  • Sənədlərin reyestr qeydiyyatının aparılması
  • Əmək kitabçaları, əmək haqqı kartlarının sifariş edilməsi və təhvil alınması
  • Davamiyyətin izlənilməsi, “Turnover” hesabatlarının hazırlanması
  • İllik Əmək məzuniyyəti cədvəllərinə əsasən işçilərin məzuniyyətə çıxmasının monitorinqi
  • İşçilərin icbari sığortalanması
  • Bülletenlərin doldurulması, tabeldə işlənməsi və mühasibatlığa təqdim edilməsi
  • Məşğulluq hesabatlarının hazırlanması

Maraqlanan namizədlər mövzu yerində “İR üzrə administrator” yazmaqla CV-lərini narmin.aliyeva@ssi.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı