İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Superfon İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri həll etmə bacarığı olmalıdır.

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 22 və ya üzəri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
  • Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
  • İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.

Tələblər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək;
  • Ünsiyyət qurma bacarığı;
  • Komandada işləmə bacarığı.
  • Problemləri həll etmə bacarığı;
  • Stresə davamlı.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “ İnsan Resursları üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı