İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Group İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
  • Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
  • Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
  • Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
  • İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.

Tələblər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
  • Ali təhsilli;
  • Bu sahədə minimum 1-3 il iş təcrübəsi;
  • E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
  • Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
  • Ünsiyyət qurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Detallara xüsusi diqqətlilik;
  • Stresə davamlı.

İş qrafiki:

  • Həftədə 6 gün 09:00 – 18:00, şənbə 13:00
  • Əmək haqqı 500 AZN

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini İnsan Resursları üzrə mütəxəssis qeyd etməklə hr@butagroup.com e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı