Qısa məzmun
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə:
- Şirkətin struktur bölmələrində və tabeliyində olan bölmələrdə vahid kargüzarlıq sistemini təşkil etmək;
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimata müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarının rəsmiləşdirilməsi;
- İşçilərə növbəli şəkildə məzuniyyətlərin verilməsi uçotunun aparılması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunması və izlənilməsi.
- ƏMAS-da müvafiq əməliyyatların icra edilməsi;
- Tikinti gedən layihələrdə mütəmadi olaraq kadrlarla bağlı yoxlamaların (əsasən öhdəliklərin icrası və davamiyyətin düzgün aparılması) aparılması, analizi və əldə olunan nəticələrə əsasən şöbə müdirinə təqdimatların verilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, tamlığının təmin edilməsi və daxili sənəd dövriyyəsi işinin təşkilinə nəzarət;
- Yeni vəzifələr üzrə vəzifə təlimatlarının tərtib edilməsi və təsdiq üçün razılaşdırılması.
- Kadr axınının səbəblərini araşdırmaqla onun aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında yaxından iştirakı.
- İşçi ehtiyacına olan tələbi müəyyənləşdirməklə müvafiq elanların yerləşdirilməsi, kadr bazasının formalaşdırılması, ilkin mərhələdə namizədlərin seçilməsi və müsahibənin təşkili;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Gün sonunda şöbə müdirinə şöbədaxili görülən işlər barədə yekun hesabatlılıq vermək.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 22- 35 yaş;
- Müvafiq sahədə azı 1 il iş təcrübəsi;
- AR Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması biliklərinə sahib olmalı;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Səlis azərbaycan dili biliyi;
- MS Office proqramları;
- 1 C 8.3 versiyasında işləmə bacarığı üstünlükdür.
İş şəraiti :
- Əmək haqqı 700-800 AZN
- Nahar və korporativ nömrə ilə təmin olunma;
- 6 günlük; şənbə-qısa iş günü (09:30-dan 13:00-dək)
Xüsusi tələblər:
- Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini ramin.taghiyev@gmco.az elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
- Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.