Qısa məzmun
Siyazan Broiler İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və servis şirkət tərəfindən təmin olunur.
Tələblər:
- Yaş: 21-35;
- Təhsil: Ali təhsil;
- Təcrübə: Minimum 1 il (İstehsalat təcrübəsi üstünlükdür);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı;
- Peşəkar ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşində məsuliyyətli və dəqiq olmalı.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılmasıvə məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi;
- Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- Ünvan : Siyəzən rayonu ərazisi
- Əmək haqqı: 500-700 AZN
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@siyazanbroiler.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün (+994) 55 500 54 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...