Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ProSol QSC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti olmalıdır.
İş barədə məlumat:
- Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsində iştirak etmək;
- Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;
- Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
- İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
- Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunun aparılması;
Tələblər:
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- Microsoft Office proqramlarında (xüsusilə, Excel və Power Point) sərbəst istifadə bacarığı
- İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@prosol.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” mövzu bölməsində göstərin.