İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400-500 AZN. Performance Center Co MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İşəqəbul prosesinin əsas qaydalarını bilməlidir.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi;
  • Əmək müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması;
  • Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
  • Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ əmrlərin hazırlanması;
  • Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • E-gov portalında əməliyyatların icra edilməsi.

Namizədə bağlı tələblər:

  • Ali təhsil
  • Yaş: 22-25
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
  • Microsoft Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı
  • Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri orta səviyyədə;
  • Xanım namizədlərə üstünlük verilir.

İş Şəraiti:

  • • İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
    • Əmək haqqı: 400-500 AZN.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (kargüzar)” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı