İnsan Resursları Əməliyyatlar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Pak Dad İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilir.

Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 1 il
Təhsil: Ali
Yaş həddi: 25-30, kişi namizəd;
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edəcəkdir.

Vəzifə öhdəlikləri:

  • E-gov portalında əməliyyatları icra etmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aylıq iş uçotu tabellərini, məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
  • Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
  • İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
  • E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
  • İş qrafiki: 6 günlük iş qrafiki saat 9:00 -18:00 dək.
  • Əmək haqqı: müsahibə əsnasında təyin ediləcəkdir.

Təminatlar:

  • Nahar ilə təmin edilir;
  • Korporativ telefon nömrəsi ilə təmin olunur.

““İR mütəxəssis” başlığı qeyd olunmaqla CV-nizi hr@pakdad.az poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı