İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;•
  • İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Tələblər:

  • İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
  • Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1 С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.
  • İngilis və rus dili arzu olunandır;

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS İnsan Resursları üzrə Mütəxəssis MİN” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı