İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Khazar University Dunya IB School şirkəti İnsan Resursları üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil
  • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi
  • AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst işləmək bacarığı
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər
  • İşə qəbul sahəsində iş təcrübəsi
  • Yüksək səviyyədə Azərbaycan, Rus və Ingilis dili biliyi

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi
  • Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək
  • İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və aidiyyəti üzrə təqdim etmək

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində vakansiyanın adını “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı