İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Göygöl Təhsil Mərkəzi İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial – Gəncə, 2 filial – Göygöl, 1 filial – Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

  • Abituriyent hazırlığı
  • Təkmilləşdirmə kursları
  • Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı
  • İş yeri: Gəncə şəhəri
  • İş saatı: 09:00 – 18:00

Əsas vəzifə və öhdəlikləri

  • Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
  • Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək;
  • İşçilər arasında məmnuniyyət sorğusunun keçirilməsi və nəticələrinin analizini həyata keçirmək;
  • İşçilərin təlim ehtiyaclarının öyrənilib onlar üçün təlim proqramının hazırlanması və keçirilməsinə dəstək olmaq;
  • İnsan resurslarının idarə edilməsi ilə bağlı hazırlanan prosedurların şirkətdə tətbiqini və işçilərə kommunikasiya olunmasını həyata keçirmək və s.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
  • İnsan Resursları sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq, punktuallıq, təşkilatçılıq, problem həlletmə, empatiya, yenilikçilik,
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı.

Vakansiyaya müraciət üçün CV-lərin 30 may tarixinədək “İR menecer-Gəncə” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı