Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Para BOKT İnsan resursları departamentinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Təşkilat üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
- Təşkilat tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçilərin cəlb etməsilə bağlı təkliflərin verilməsi;
- Təşkilat üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi,işə qəbul üzrə müsahibələrin aparılmasında iştirak;
- Müvafiq vakansiya yarandıqda Banka daxil olan CV-lərin seçilməsi, aidiyyatı departamentlərlə müsahibənin keçirilməsinin təşkil edilməsi;
- İşə qəbul edilən işçilərin eyni zamanda vəzifə dəyişikliyi və işdən azad edilmə prosesslərinin Elektron Hökümət Portalına yığılması;
- Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
- Təşkilatın potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
- Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
- Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
- Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin həllinə kömək göstərmək;
- İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilməin keçirilməsi və nəzarət;
- İnsan Resurslarının idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
- İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
Tələblər :
- Əmək qanunvericiliyini mükəmməl bilməli
- Sahə üzrə təcrübə 3-5 il
- Elektron Hökümət Portalında işləmə bacarığı
- Microsoft Office Excel, Word, Outlook proqramları üzrə işləmə bacarığı
- Əmrlərin hazırlanması,sənədləşmə qaydalarını bilməli
Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq. CV-də şəkilin olması mütləqdir.
Maraqlanan şəxslər subject (mövzu bölməsində) “İnsan resursları departamentinə mütəxəssis” başlığı ilə vakansiya@parabokt.az, vakansiya@parabank.az ünvanına CV ilə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...