İnsan Resursları Biznes Tərəfdaş
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Superfon İnsan Resursları Biznes Tərəfdaş vəzifəsi üzrə vakansiya elan edir. Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: İnsan Resursları Biznes Tərəfdaş

İş yeri: Gəncə şəhəri

İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 24 və ya üzəri

İşin təsviri: İnsan Resurları və Biznes proseslərinin qarşılıqlı əlaqəsinin yaradılması və idarə olunması.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə İşə qəbul və İşdən azad olunma prosesinin tam icrası, sənədləşmə, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
  • Şirkət üzrə ümumi İnsan Resursları fəaliyyətində tətbiq ediləcək layihə və modulların icrasında iştirak və nəzarətin həyata keçirilməsi;
  • Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də Mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
  • İşçilərin nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımı qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
  • Şirkətin Davamiyyət sisteminə nəzarət və müvafiq hesabatlılığın aparılması;

Tələblər:

  • İnsan Resurslarının əksər modulları haqda nəzəri və praktiki bilgiyə sahib olması;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • İş ilə bağlı mütəmadi olaraq ezamiyyətlərə getmək imkanının olması;

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 05.05.2020

Oxşar vakansiya siyahısı:

1000 — 1500 ₼
İnsan Resursları üzrə mütəxəssis

NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

NYS Information Technologies

21.08.2025 - Bakı

1000₼
Baş İnsan Resursları Mütəxəssisi

Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

25.07.2025 - Bakı

İnsan Resursları üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

24.07.2025 - Bakı

Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis

OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

OBA marketlər şəbəkəsi

24.07.2025 - Bakı