İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AMO Group İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərinin Elektron informasiya sistemi (Emas) uyğun olaraq vaxtında daxil edilməsi;
  • İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması
  • Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü)
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
  • İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.
  • Rəhbərliyin tapşırığına əsasən digər işlərin görülməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları sahəsində minimum 3 illik iş təcrübəsi
  • Azərbaycan  və ingilis dili  yüksək  səviyyədə olmalı/ rus dili arzu olunandır.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
  • Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
  • MS Office proqramları bilikləri;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • 1C proqramını bilənlərə üstünlük veriləcək

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı  olaraq

Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” qeyd edərək göndərə bilər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı